Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsinə xəsarət yetirilib.
Lent.az xəbər verir ki, hadisə tənəffüs vaxtı məktəbin yaxınlığındakı parkda qeydə alınıb. Tələbələr arasında yaranan mübahisə nəticəsində rayonun Yalama kənd sakini 17 yaşlı E.Ş. kesilmiş-deşilmiş yaralar alıb.
O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Tələbəyə qayçı ilə xəsarət yetirildiyi bildirilir. Hadisəni törədən E.M. saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.(APA)