"Veysəloğlu"da 73 minlik  MƏNİMSƏMƏ:  cinayət işi açıldı
15 oktyabr 2021 09:29 (UTC +04:00)

"Veysəloğlu"da 73 minlik MƏNİMSƏMƏ: cinayət işi açıldı

“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “OBA Market” Məhdud Məsuliyyətli Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin “OBA” marketlər şəbəkəsinin Lənkəran filialında mənimsəmə faktı ilə bağlı daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

Lənkəran rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, həmin filialda satıcı-kassir, əmək müqaviləsinə əlavə ilə administrator vəzifəsində işləmiş Elxan Cəfərzadə 2017-ci il martın 28-dən, 2018-ci il mayın 21-dək olan müddətdə cəmiyyətə məxsus qeyri-qida məhsullarını kassadan kənar müxtəlif şəxslərə və ticarət obyektlərinə sataraq əldə etdiyi 73 min 907 manat ı xəzinəyə ödəməyərək özünün şəxsi ehtiyacları üçün sərf edib.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2145
avatar

Mehman Nəbiyev

Oxşar yazılar