Oğurlanan qızıllar
13 iyun 2022 09:24 (UTC +04:00)

Oğurlanan qızıllar

Velosipedlə gələn qardaşlar 11 minlik qızıl oğurladılar - FOTO

Qax şəhəri ərazisində yerləşən mənzillərin birindən qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, zərərçəkən ev sahibi rayon Polis Şöbəsinə etdiyi müraciətində ona 11 000 manat dəyərində maddi ziyan dəydiyini bildirib. Hadisə ilə bağlı polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri - əvvəllər də oğurluğa görə 4 dəfə məhkum olunmuş Elxan Canımov və onun qardaşı Seymur Canımov saxlanılıb.

Aparılan araşdırma zamanı məlum olub ki, qardaşlar əvvəlcədən əlbir olaraq oğurluq etmək məqsədilə Zaqatala rayonundan velosipedlə Qaxa gəliblər. Burada niyyətlərini keçirdikdən sonra oğurladıqları qızıl-zinət əşyalarını Zaqatala və Şəki şəhərlərindəki qızıl qəbulu məntəqələrinə dəyərindən ucuz qiymətə satıblar. Polis əməkdaşları tərəfindən həmin məntəqələr müəyyən olunub və saxlanılan şəxslərin yaşadığı ünvandan qızılların bir qismi maddi sübut kimi götürülüb.Onlar ifadələrində əməllərini etiraf edib və əldə etdikləri pulu əyləncələrinə xərclədiklərini bildiriblər.

Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2112
avatar

Mehman Nəbiyev

Oxşar yazılar