Vaqonları söküb aparan  maşınist və köməkçisi tutuldu
10 fevral 2022 12:03 (UTC +04:00)

Vaqonları söküb aparan maşınist və köməkçisi tutuldu

Fevralın 8-də Sumqayıt şəhəri ərazisindəki çeşidləmə stansiyası ərazisindən istismar müddəti başa çatmış 9 ədəd vaqonun xarici və 10 ədəd daxili yayı, 15 ədəd vaqon asılqanı və 3 ədəd avtomobil qoşqusu S.Berdiyevə məxsus “QAZel” markalı avtomobillə oğurlamağa cəhd göstərilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törədən Biləcəri Lokomotiv Deposunun maşinist köməkçisi, Bakı şəhər sakini  E.Əmiraslanov, maşinisti, İsmayıllı rayon sakini A.Süleymanov və vaqon tərtibatçısı, Şabran rayon sakini E.Qəniyev saxlanılıblar.

Araşdırma aparılır.

# 1776
avatar

Mehman Nəbiyev

Oxşar yazılar