Vəli Ələsgərov və Asəm Məmmədov
17 may 2022 12:47 (UTC +04:00)

Vəli Ələsgərov və Asəm Məmmədov

Türkiyəli iş adamı Azərbaycan generallarının qardaşlarını məhkəməyə verdi

Türkiyəli iş adamı azərbaycanlı generalların qardaşlarını məhkəməyə verib.

Lent.az xəbər verir ki, türkiyəli iş adamı Oba Ali Serdar Fahri Babayev Yusif Səttar oğluna və Ələsgərov Əli Məmiş oğluna, həmçinin taxıl və un məhsulları istehsalçısı Səfərov Şəhriyar İbrahim oğluna qarşı iddia qaldırıb. İddiaya Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində hakim Sənan Qarayevin sədrliyi ilə baxılacaq.

İddia kommersiya mübahisələri ilə əlaqədardır.

Yusif Babayev Naxçıvan Gömrük Komitəsinin keçmiş sədri, gömrük xidməti general-leytenantı Asəm Səttar oğlu Məmmədovun, Əli Ələsgərov isə Naxçıvanın ləğv edilmiş Milli Təhlükəsizlik naziri general-leytenant Vəli Məmiş oğlu Ələsgərovun qardaşıdır.

Xatırladaq ki, A. Məmmədov 2018-ci ildə vəzifəsindən azad edilib. V. Ələsgərov isə 2016-cı ildə vəzifəsindən azad olunaraq, Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin prezident İlham Əliyevin sərəncamı ilə rütbəsindən, orden və medallarından məhrum edilib. Həmçinin türkiyəli iş adamının məhkəməyə verdiyi Əli Ələsgərov da 2016-cı ildə vergidən yayınma ittihamı ilə 3 aylıq həbs edilib.

Bundan əlavə, iş adamı Oba Ali Serdar Fahri ötən ilin yayında digər general-leytenant, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyevlə bağlı da məhkəməyə şikayət edib.

Vəli Ələsgərov

Asəm Məmmədov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10317
avatar

Mehman Nəbiyev

Oxşar yazılar