Türkiyə vətəndaşı qəzada həlak oldu -YENİLƏNİB  -FOTO
11 avqust 2022 22:31 (UTC +04:00)

Türkiyə vətəndaşı qəzada həlak oldu -YENİLƏNİB -FOTO

Zaqatalada qəzada ölən şəxsin Türkiyə vətəndaşı olduğu məlum olub. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, yük avtomobili sürücüsünün Türkiyə vətəndaşı olduğu müəyyən edilib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirlir. O, idarə etdiyi avtomobili yolun kənarında saxlayıb. Yolu keçmək istəyən sürücünü "Mercedes Vito" markalı 99 VR 062 dövlət nömrə nişanlı mikroavtobus vurub.
 

***

22.11

Zaqatalada maşın vuran yük avtomobili sürücüsü hadisə yerində ölüb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. 

Şəxsiyyəti hələlik müəyyən edilməyən kişini minik avtomobili vurub. Qəza zamanı ağır bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb. Ölən şəxsin yük avtomobilinin sürücüsü olduğu bildirilir. Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.
 

# 3186
avatar

Oxşar yazılar