Türkiyə şirkəti Azərbaycanın Müdafiə Nazirliyini  məhkəməyə verib?   - YENİLƏNİB
04 iyul 2022 19:21 (UTC +04:00)

Türkiyə şirkəti Azərbaycanın Müdafiə Nazirliyini məhkəməyə verib? - YENİLƏNİB

Azərbaycan Müdafiə Nazirliyi məhkəmə verilməsi barədə məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən açıqlamada bu məlumatların əsassız olduğu qeyd edilir.

"Bəzi kütləvi informasiya vasitələrində Türkiyənin "Öztek Tekstil Terbiye A.Ş." şirkəti tərəfindən İstanbul məhkəməsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı guya borc iddiası qaldırılması ilə bağlı yalan məlumatlar yayılıb.

Bildiririk ki, Müdafiə Nazirliyi adı çəkilən şirkətlə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb. Nazirliyə qarşı guya məhkəmə iddiası qaldırılması ilə bağlı milliyyəti bəlli olmayan şəxslər tərəfindən yayılan məlumatın isə heç bir real əsası yoxdur, yalandır və dezinformasiya xarakteri daşıyır. Bu kimi yalan məlumatlarla Müdafiə Nazirliyinin fəaliyyətinə kölgə salınmağa çalışılır", - nazirliyin məlumatında vurğulanır.

Qeyd edək ki, Türkiyə şirkətinin Azərbaycan Müdafiə Nazirliyini məhkəməyə verməsi barədə "Halk TV" məlumat yayıb.

Məlumatda bildirilir ki, “Öztek Tekstil” satdığı parçaların pulunu ala bilmədiyi üçün Azərbaycan Müdafiə Nazirliyini məhkəməyə verib.

Şirkət iddiasında borcun 158 min dollar olduğunu bildirib.

İddiada qeyd olunur ki, şirkətlə nazirlik arasında müqavilə 2015-ci ildə bağlanıb.

***

18:05

Türkiyə şirkəti Azərbaycan Müdafiə Nazirliyini məhkəməyə verib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Öztek Tekstil” satdığı parçaların pulunu ala bilmədiyi üçün Azərbaycan Müdafiə Nazirliyinə qarşı iddia qaldırıb.

İddiaya görə,  borc 158 min dollar təşkil edir.

Həmin bu məlumatlar isə 2015-ci ildə “Öztek" holdinqlə nazirlik arasında bağlanan müqaviləyə əsaslanır. 

Azərbaycan Müdafiə Nazirliyindən isə qarşı tərəfə heç bir təsdiq və təkzib cavabı verilməyib. 
 

# 2055
avatar

Aytəkin Cəlali

Oxşar yazılar