Toya hazırlaşan gəncin şəhid xəbəri gəldi - FOTO
15 sentyabr 2022 13:36 (UTC +04:00)

Toya hazırlaşan gəncin şəhid xəbəri gəldi - FOTO

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi şəhidlərin yeni siyahısını açıqlayıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, şəhid olanlardan Turan Məhərrəmov Zaqatala rayonundandır. Rayon ictimaiyyəti hazırda onun cənazəsini gözləyir.

2001-ci il təvəllüdlü  Məhərrəmov Turan Tərlan oğlu rayonun Qımır kəndində doğulub. Düşmənin xain gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksələn T. Məhərrəmov nişanlı imiş. Oktyabrın 9-da onun toyu olacaqmış. 

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10269

Oxşar yazılar