Abşeronda qanunsuz toy mərasimi
29 aprel 2021 10:41 (UTC +04:00)

Abşeronda qanunsuz toy mərasimi

Toya gələnlər 13 min manat cərimələndilər - VİDEO

Aprelin 28-də Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Kənd ocağı” restoranında xüsusi karantin rejimi qaydalarının pozularaq 65 nəfərin iştirakı ilə toy mərasimi keçirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, həmin ünvana baxış zamanı məclisin təşkilatçısı olan restoranın icarədarı Mənsur Xəlilov və toyda iştirak edən şəxslərlə profilaktik söhbət aparılıb. Xüsusi karantin qaydalarını pozan restoranın icarədarı 5 min manat məbləğində cərimə edilib.

Eləcə də, toyda iştirak edən 65 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların da hər biri 200 manat məbləğində cərimələniblər.

Abşeronda toy məclisinin qarşısı alınıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2157
avatar

Mehman Nəbiyev

Oxşar yazılar