Tovuzda çobanın meyiti  Kürün kənarından tapıldı - TƏFƏRRÜAT
05 mart 2025 09:19 (UTC +04:00)

Tovuzda çobanın meyiti Kürün kənarından tapıldı - TƏFƏRRÜAT

Tovuzda çay kənarında meyit aşkarlanıb.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Çayın yaxınlığında kişi meyiti aşkarlanıb.

Məlumata görə, rayonun Qaraxanlı kənd sakini 41 yaşlı Ramin Kərəmov Ceyrançöl ərazisində çoban işlədiyi yataqda qusma nəticəsində boğulub.

Hadisə yerinə təcili tibbi yardım çağırılsa da onun həyatını xilas etmək olmayıb.

Məlumata görə, R.Kərəmov içkili olub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1196

Oxşar yazılar