Tovuzda 2 "Jiquli" toqquşdu, sürücünü güclə çıxardılar
28 iyun 2022 09:17 (UTC +04:00)

Tovuzda 2 "Jiquli" toqquşdu, sürücünü güclə çıxardılar

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tovuz rayonunun Aşağı Quşçu kəndində “VAZ” markalı iki minik avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

# 1497
avatar

Mehman Nəbiyev

Oxşar yazılar