Tofiq Yaqublu sərbəst buraxıldı - YENİLƏNİB
30 sentyabr 2022 18:23 (UTC +04:00)

Tofiq Yaqublu sərbəst buraxıldı - YENİLƏNİB

Tofiq Yaqublu sərbəst buraxılıb.

Lent.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

***

saat 11:57

Tofiq Yaqublunun saxlanılmasının səbəbi açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə Tofiq Yaqublu saxlanılıb. Hazırda müvafiq araşdırma aparılır. Araşdırma başa çatan kimi sərbəst buraxılacaqdır.

***

saat 11:09

Milli Şuranın üzvü Tofiq Yaqublu saxlanılıb. 

Lent.az-ın məlumatına görə, o, razılaşdırılmamış aksiya ilə əlaqədar tutulub. 

Tofiq Yaqublu ilə bərabər daha bir neçə nəfərin saxlanıldığı bildirilir. 

Qeyd edək ki, bir qrup müxalifət təmsilçisi senytabrın 30-da Milli Məclisin qarşısında aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə baxılıb və aksiyanın keçirilməsinin məqsədəuyğun olmaması barədə təşkilatçılara rəsmi cavab verilib. 

Daxili İşlər Nazirliyi xəbərdarlıq yayaraq razılaşdırılmamış aksiyaya cəhd ediləcəyi təqdirdə qarşısının alınacağını bildirib:

"Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcək. Yeri gəlmişkən, yalan vədlərə inanaraq qanunsuz aksiyada iştirak etmək istəyənləri isə belə hərəkətlərdən çəkinməyə çağırırıq. İctimai asayişin pozulmasına yönəlmiş bu cür cəhdlərin qarşısı alınarkən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadislərin məsuliyyəti həmin razılaşdırılmamış aksiyanın təşkilatçılarının üzərinə düşəcək".

# 3969
avatar

Oxşar yazılar

Qaraheybətdə helikopter qəzasından 1 il ötür

Qaraheybətdə helikopter qəzasından 1 il ötür

30 noyabr 2022 , 00:03
Vasif Talıbovun qardaşı  SAXLANILIB?   - AÇIQLAMA

Vasif Talıbovun qardaşı SAXLANILIB? - AÇIQLAMA

29 noyabr 2022 , 22:19
Bakıda EVƏ BASQIN:  Ata və oğlu öldürüldü, arvadı və nəvəsi... -  YENİLƏNİB

Bakıda EVƏ BASQIN: Ata və oğlu öldürüldü, arvadı və nəvəsi... - YENİLƏNİB

29 noyabr 2022 , 22:11
Saxlanılan pakistanlılar

Azərbaycandan qaçmaq istəyən pakistanlılar tutuldu

29 noyabr 2022 , 21:10
İt ovdan sonra  sahibini güllələdi

İt ovdan sonra sahibini güllələdi

29 noyabr 2022 , 19:10
 Keçmiş hərbçi:   "Məni necə yoldan çıxardısa..." - "12-ci İmam"ın MƏHKƏMƏSİ

Keçmiş hərbçi: "Məni necə yoldan çıxardısa..." - "12-ci İmam"ın MƏHKƏMƏSİ

29 noyabr 2022 , 18:50
Bakı sakininin 5 minlik telefonu oğurlandı

Bakı sakininin 5 minlik telefonu oğurlandı

29 noyabr 2022 , 17:58
Təyyarə elektrik dirəyinə çırpıldı:  İŞIQLAR SÖNDÜ

Təyyarə elektrik dirəyinə çırpıldı: İŞIQLAR SÖNDÜ

29 noyabr 2022 , 17:28