Tibb işçilərini təhqir edən sərxoş saxlanıldı
03 yanvar 2022 12:16 (UTC +04:00)

Tibb işçilərini təhqir edən sərxoş saxlanıldı

Tibb işçilərini təhqir edən şəxs barəsində protokol tərtib edilib.

DİN-dən Lent.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinə yanvarın 1-də saat 20 radələrində 8 saylı Qayıdış qəsəbə sakini S.Hüseynovun xəstə olan anası üçün çağırışa gəlmiş Təcili Tibbi Yardım Stansiyasının işçilərini təhqir etməsi barədə məlumat daxil olub. 

Dərhal polis əməkdaşları həmin ünvana gələrək S.Hüseynovu intizama dəvət ediblər, lakin o, polis əməkdaşlarına tabesizlik göstərib. 

S.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılmış, onun sərxoş vəziyyətdə olması müəyyən edilib. 
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.
 

# 1143
avatar

Aytəkin Cəlali

Oxşar yazılar