Təyyarə hava limanı əvəzinə  donmuş çaya endi
28 dekabr 2023 16:24 (UTC +04:00)

Təyyarə hava limanı əvəzinə donmuş çaya endi

Yakutiyada sərnişin təyyarəsi hava limanı əvəzinə donmuş çaya enib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Yakutsk - Zıryanka - Srednekolımsk - Yakutsk marşrutu ilə uçan An-24 sərnişin təyyarəsi Zıryanka kəndinə eniş zamanı uçuş-enmə zolağından çıxaraq donmuş Kolıma çayına düşüb.

Təyyarədə iki uşaq olmaqla 30 sərnişin, həmçinin dörd ekipaj üzvü olub.

İlkin məlumatlara görə, təyyarə pilotun səhvi ucbatından uçuş-enmə zolağından çıxıb.

Qeyd edək ki, hadisə nəticəsində yaralanan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4146

Oxşar yazılar