Tələbə qız pişik balalarını öldürüb  qanlarını içdi
31 may 2021 19:51 (UTC +04:00)

Tələbə qız pişik balalarını öldürüb qanlarını içdi

Sverdlovsk vilayətində 19 yaşlı tələbə dəhşətli hərəkətdə şübhəli bilinir.

Lent.az xəbər verir ki, Rusiya internet saytlarının yazdığın görə, qız bir neçə pişik balasını öldürüb, sonra heyvanların qanını içib.

19 yaşlı qız bu əməlinə görə tanışının yanında “lovğalanıb”, hətta  videonu ona da göndərib.

Qız videoda heyvanlarla necə davrandığını göstərməyib, ancaq qanlarını necə içdiyini nümayiş etdirib.

Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsindən belə bir hadisənin baş verdiyini təsdiqləyiblər. Onun 19 yaşlı Katerina olduğu da bildiriliib. O, kollecdə oxuyur və yataqxanada yaşayır.

Bu dəhşətli hadisəyə görə cinayət işi qaldırılıb. Qızın psxoloji problemlərinin olduğu da istisna edilmir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2322
avatar

Oxşar yazılar