Təhlükə yaradan göldən suyun boşaldılmasına başlandı-VİDEO
28 may 2023 18:44 (UTC +04:00)

Təhlükə yaradan göldən suyun boşaldılmasına başlandı-VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə güclü yağış səbəbindən suyun səviyyəsinin artması və ətraf ərazilərə təhlükə yaratması ilə əlaqədar məlumat daxil olub.

Lent.az-ın xəbərinə görə, məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda ətraf ərazilərin subasma riskinin aradan qaldırılması üçün göldə suyun səviyyəsinin azaldılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Süni göldə su boşaldılır

# 2643
avatar

Oxşar yazılar