Sumqayıtda qəzaya uğrayan təcili tibbi yardım maşını
14 avqust 2022 13:23 (UTC +04:00)

Sumqayıtda qəzaya uğrayan təcili tibbi yardım maşını

Təcili yardım maşını belə qəzaya düşdü-FOTO

Sumqayıtda təcili tibbi yardım maşını qəzaya uğrayıb.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Bakı və Ağa Quliyev küçələrinin kəsişməsində təcili tibbi yardım avtomobili “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində təcili tibbi yardım maşınında olan 3 nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

# 3588
avatar

Oxşar yazılar