İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində işğaldan azad edilmiş Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən rayonun Borsunlu kənd sakini Emin Qasımov saxlanılıb.
Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq minalardan və partlamamış sursatlardan tam təmizlənməmiş ərazilərə daxil olmağa cəhd etdiyinə görə E.Qasımov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Talış kəndi
Talış kəndinə gizli getmək istəyi baş tutmadı - FOTO
Oxşar yazılar

Tərtərdə zəlzələ baş verdi
18 avqust 2025 , 20:59
Fransa qəyyumluğu valideynlərdən alınan azərbaycanlı uşaqları Almaniyaya qaytardı
18 avqust 2025 , 19:37
Rusiyada tanınmış azərbaycanlı iş adamı Yusif Xəlilov həbs edildi
18 avqust 2025 , 19:29
Göyçayda evdən meyit tapıldı
18 avqust 2025 , 19:05
Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən turistlər həbs edildi - YENİLƏNİB
18 avqust 2025 , 17:55
Psixoloq Nilufər Abdullanın ölümü ilə bağlı araşdırmalara başlandı
18 avqust 2025 , 16:57
Bakı polisi bu kişini axtarır
18 avqust 2025 , 16:16