Taksi sürücüsü yatan qadını təcavüzlə oyatdı
01 mart 2024 14:27 (UTC +04:00)

Taksi sürücüsü yatan qadını təcavüzlə oyatdı

Rusiyanın Sankt-Peterburq şəhərində taksi sürücüsü Tosnenski rayonuna gedərkən avtomobilində yuxuya gedən qıza sataşıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 31 yaşlı Qırğızıstan vətəndaşı Kolpinodan Tosnenski bölgəsinə sifariş qəbul edib. Qız arxa oturacaqda möhkəm yuxuya gedib və taksi onun Qladkoye kəndində düşəcəyi evdə dayandıqdan sonra oyanmayıb.

Taksi sürücüsünün sözlərinə görə, o, sərnişini oyatmağa çalışıb, sonra isə intim münasibət qurmaq istəyinə qarşı çıxa bilməyib. Arxa oturacağına keçən sürücünün toxunuşu ilə qız yuxudan ayılıb. O, əşyalarını götürmədən tez salonu tərk edib.

Taksi sürücüsü iddia edir ki, onları geri qaytarıb, sonra növbəti sifariş üçün yola düşüb. Həmin gün o, polis şöbəsinə gələrək, könüllü şəkildə gördüyü iş barədə məlumat verib.

# 3342
avatar

Oxşar yazılar