Taksi sürücülərini belə aldatdı -  FOTO
19 noyabr 2021 10:01 (UTC +04:00)

Taksi sürücülərini belə aldatdı - FOTO

Gəncədə dələduzluq və oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, Arzu Puşkarov cari ilin müxtəlif vaxtlarında 10-a yaxın taksi sürücüsündən pul xırdalamaq adı ilə onların edimadından sui-istifadə edərək pullarını dələduzluq yolu ilə mənimsəyib.

Bundan başqa saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun ümumilikdə 5 vətəndəşa məxsus evdən su mühərrikini oğurlması məlum edilib.

Hazırda onun digər anoloji cinayətlər törətməsi istisna edilmədiyindən faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1479
avatar

Mehman Nəbiyev

Oxşar yazılar