Daxili İşlər Nazirliyi
14 noyabr 2021 09:15 (UTC +04:00)

Daxili İşlər Nazirliyi

Taksi sürücülərini belə aldatdı 

Polis taksi sürücülərinə  qarşı dələduzluq edən şəxsi yaxaladı
Xızı RPŞ-nin əməkdaşları taksi sürücülərinə  qarşı törədilən dələduzluq faktının üstünü açıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.a-a verilən məlumata görə vətəndaşlardan daxil olan  müraciətlər əsasında Elnur Əsgəroğlu saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs ayrı-ayrı vaxtlarda taksi şirkətlərinə  zəng edərək taksi sifariş verib və  daha sonra  təyin olunan taksi sürücüləri ilə telefon ilə əlaqə saxlayaraq onları Xızı rayon Mərkəzi Xəstəxanasına yönləndirib. Daha sonra isə sürücülərə zəng edərək onlardan getdikləri yerdə 630 manat bir, 55 manat bir və 40 manat-da bir  ödəniş  etmələrini xahiş edib və bunun üçün onlara iki ədəd bank hesabı nömrəsi göndərib. İşi yekunlaşdırandan sonra isə sifariş sona çatanda ödədikləri məbləği və yol pulunu onlara qaytaracağını vəd edib. Lakin, sürücülər tərəfindən bank hesablarına pul ödəndikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb. Qeyd edək ki, təqsirləndirilən şəxs bundan başqa da ayrı-ayrı vaxtlarda taksi sürücülərinə qarşı eyni əməli törədib. Bütün toplanmış materiallar əsasında E.Əsgəroğlu barəsində İXM-nin müvafiq maddəsilə protokol tərtib olunub.
Faktla bağlı  RPŞ-nin istintaq  bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2616
avatar

Oxşar yazılar