Tağı Əhmədova 2 milyon "atan" AXTARIŞA VERİLDİ  - ÖZƏL
04 mart 2022 12:40 (UTC +04:00)

Tağı Əhmədova 2 milyon "atan" AXTARIŞA VERİLDİ - ÖZƏL

“Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədova qarşı 2 milyonluq dələduzluq edən şəxs axtarışa verilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Sahil Abuşov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilir.

S. Abuşov istintaqdan yayındığı üçün barəsində həbsli axtarış elan edilib.

Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, S. Abuşov “Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədova qarşı 2 milyonluq dələduzluq etməkdə təqsirləndirilən şəxslərdən biridir. Onunla birgə Qulu Muxtarov və Səadət Xəlilov da təqsirləndirilir. Adları çəkilənlərdən yalnız S. Xəlilov həbs edilib. S. Abuşov isə istintaqdan yayınıb.

Sahil Abuşov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9675
avatar

Mehman Nəbiyev

Oxşar yazılar