Oğurlanan samovarlar
17 avqust 2021 14:59 (UTC +04:00)

Oğurlanan samovarlar

Sumqayıtdan "qonaq" gəlib rayondakı evləri yardılar

Qubada silsilə oğurluqlar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ictimai iaşə obyektlərindən və evlərdən, silsilə oğurluqlar etməkdə şübhəli bilinən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi sakinləri Tural Quliyev və Rüfət Sərxanov saxlanılıblar. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, T.Quliyev və R.Sərxanov Quba rayonu ərazisində müxtəlif mağazalardan, kafe-restoranlardan və evlərdən pul, danışıq kartları (kontur), müxtəlif ərzaq məhsulları, samovarlar, siqaret, məişət təmir avadanlıqları və yaddaş kartları oğurlayıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1665
avatar

Mehman Nəbiyev

Oxşar yazılar