Sumqayıtda QAZİ FIRILDAĞI:  Hərbi forma geyinib yardım yığdı - VİDEO
08 aprel 2024 10:11 (UTC +04:00)

Sumqayıtda QAZİ FIRILDAĞI: Hərbi forma geyinib yardım yığdı - VİDEO

Sumqayıt şəhərində özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə müxtəlif obyektlərə və restoranlara daxil olub ona maddi köməklik edilməsini tələb edən Şirvan şəhər sakini 1990-cı il təvəllüdlü Nəzər Məmmədov saxlanılıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, onun 2012-2017-ci illərdə hərbi xidmətdə olduğu, heç bir hərbi əməliyyatlarda, o cümlədən də 44 günlük Vətən müharibəsində iştirak etmədiyi müəyən edilib. 

N.Məmmədov tanışı olan bir nəfərdən hərbi forma əldə edərək guya torpaqlarımızın azad olunması əməliyyatlarında iştirak edən zaman bir gözünü itirdiyi görüntüsü yaradaraq qeyd edilən əməlləri törədib. Saxlanılan şəxs həmçinin tanışlarından birindən əldə etdiyi “Vətən Müharibəsi İştirakçısı” medalının eynisindən özü üçün hazırlayaraq hərbi geyim formasının üzərində gəzdirib. N.Məmmədov qeyd edilən yolla asan və daha çox “qazanc” əldə etmək niyyətində olub. Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan 
N.Məmmədov barəsində araşdırmalar davam edir. 

Onun qanunsuz əməllərindən zərərçəkən şəxslər polis orqanlarına müraciət edə bilərlər.

# 4032
avatar

Fidan İlqar

Oxşar yazılar

Sumqayıtda fəhlə iş zamanı öldü

Sumqayıtda fəhlə iş zamanı öldü

21 may 2024 , 20:14
Bakıdan babasıgilə qonaq gedən  uşaq öldü

Bakıdan babasıgilə qonaq gedən uşaq öldü

21 may 2024 , 19:52
Bakıda gənc oğlan  özünü asdı

Bakıda gənc oğlan özünü asdı

21 may 2024 , 19:49
Məhkəmə "İmam Mehdi"nin  cəzasını azaltdı

Məhkəmə "İmam Mehdi"nin cəzasını azaltdı

21 may 2024 , 17:36
Azərbaycanda tələbə   yol qəzasında öldü

Azərbaycanda tələbə yol qəzasında öldü

21 may 2024 , 17:28
Bakıda  evdən meyit   tapıldı

Bakıda evdən meyit tapıldı

21 may 2024 , 17:15
Azərbaycanda məktəbli qız QIZILCADAN ÖLDÜ

Azərbaycanda məktəbli qız QIZILCADAN ÖLDÜ

21 may 2024 , 17:07
motosiklet

Bakıda motosikletlə "avtoş"luq edən həbs olundu

21 may 2024 , 16:50