Sumqayıtda anası ilə birgə bıçaqlanan uşağın SON VƏZİYYƏTİ  açıqlandı
21 avqust 2023 12:03 (UTC +04:00)

Sumqayıtda anası ilə birgə bıçaqlanan uşağın SON VƏZİYYƏTİ açıqlandı

Xəbər verdiyimiz kimi, gecə saatlarında Sumqayıtda bıçaqlanma hadisəsi baş vermişdi. 37 yaşlı Günay Əhməd qızı Zülfüqarova oğlu tərəfindən bıçaqlanaraq öldürülmüş, 2012-ci il təvəllüdlü Zülfüqarlı Hüseyn Mahir oğlu isə bıçaq yaraları alaraq Sumqayıt Tibb Mərkəzinin Uşaq xəstəxanasına yerləşdirilmişdi.

Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsi Lent.az-a azyaşlının son vəziyyəti barədə açıqlama verərək bildirib ki, 2012-ci il təvəllüdlü, Sumqayıt şəhəri Corat qəsəbə sakini Zülfüqarlı Hüseyn Mahir oğlu avqustun 21-də saat 00:45-də TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Uşaq xəstəxanasına daxil olub.  Xəstəyə travmatik hemopnevmotoraks diaqnozu qoyulub. 

Vəziyyətə uyğun olaraq  cərrahi əməliyyat olunub. Vəziyyəti keçirdiyi əməliyyata uyğun olaraq, stabil ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2793

Oxşar yazılar