Sumqayıtda  8 minlik dələduzluq   edən yaxalandı
16 iyul 2024 16:02 (UTC +04:00)

Sumqayıtda 8 minlik dələduzluq edən yaxalandı

Sumqayıt şəhər sakini olan 2 nəfər üzləşdikləri dələduzluqla bağlı polisə müraciət edib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onlardan biri aldadılaraq 3500 manatının alınması, digəri isə onu aldadan şəxsin hesabına 4250 manat pul ödətdirdiyini bildirib. 

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən E.Bəşirov və S.Bağırlı müəyyən olunaraq saxlanılıb. 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570
avatar

Sevinc Fərid

Oxşar yazılar