Sosial şəbəkədə tanış olduğu oğlan: "Gəlməsən, yandıracam..."
26 iyul 2022 13:00 (UTC +04:00)

Sosial şəbəkədə tanış olduğu oğlan: "Gəlməsən, yandıracam..."

Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini olan bir qadın qızının  sosial şəbəkədə tanış olduğu oğlanla getməsini, lakin sonradan yaşadığı evə qayıtmasını, habelə həmin oğlanın qızın onunla getməyəcəyi təqdirdə onları öldürəcəyi və yaşadıqları evi yandıracağı ilə hədələməsini bildirib.

DİN-dən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu  əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini E.Zamanov müəyyən edilərək saxlanılıb.

Onun yaşadığı evə baxış zamanı oradan pnevmatik tapança, 1 ədəd patron darağı və 15 ədəd patron aşkar olunaraq götürülüb.  

Araşdırma aparılır.

# 4674
avatar

Aytəkin Cəlali

Oxşar yazılar