Şirvanda Kürdə batan kişinin meyiti  Salyanda tapıldı   - YENİLƏNİB
06 iyun 2024 10:24 (UTC +04:00)

Şirvanda Kürdə batan kişinin meyiti Salyanda tapıldı - YENİLƏNİB

Şirvanda batan kişinin meyiti Salyanda tapılıb. 

Lent.az xəbər verir ki, Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində batan Şirvan sakini, 72 yaşlı Piriyev Əli Məstan oğlunun meyiti Salyan rayonu ərazisində tapılaraq sudan çıxarılıb. 

***

3 may, saat 16:52

Kür çayında batan şəxsin kimliyi məlum olub.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, Şirvan sakini, 72 yaşlı Piriyev Əli Məstan oğlu Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində batıb.

Axtarışlar davam edir.

***

16:27

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Lent.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3609
avatar

Arzu Qurbanlı

Oxşar yazılar