İyunun 10-da saat 22:07-də Hacıqabul rayonunun Talış kənd sakini, 28 yaşlı qadın uşaqsalma sonrası vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.
İlkin məlumata əsasən, 25-26 həftəlik hamilə qadın xəstəxanaya gedərkən yolda döl itirilməsi (uşaqsalma) hadisəsi baş verib və qanaxma səbəbi ilə Doğum evinə müraciət edib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
09:16
Şirvan doğum evində körpə doğuş zamanı ölüb.
Döl ananın 6 aylıq hamiləlik dövründə ölü doğulub.
Faktla bağlı araşdırma aparılır./APA