Şirvanda 56 yaşlı  kişi batdı
12 iyun 2022 21:02 (UTC +04:00)

Şirvanda 56 yaşlı kişi batdı

Şirvanda 56 yaşlı kişi kollektorda batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Lent.az-a verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Baş Şirvan Kollektorunun Şirvan şəhəri ərazisindən keçən hissəsində 1966-cı il təvəllüdlü Cavadov Təyyar Mirhəsən oğlunun batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

# 1413
avatar

Oxşar yazılar