Sinif yoldaşını bıçaqladı-TƏFƏRRÜAT -YENİLƏNİB
06 avqust 2023 12:22 (UTC +04:00)

Sinif yoldaşını bıçaqladı-TƏFƏRRÜAT-YENİLƏNİB

Astarada baş verən bıçaqlanma ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, zərərçəkən Z.Hüseynli və E.Şahbazov eyni sinifdə oxuyublar.

Onlar gecə saatlarında Astara rayonunun Pensər kəndində, çayxanaların birində oturublar. Bir müddət sonra sinif yoldaşları arasında münaqişə yaranıb. Bu zaman E.Şahbazov üzərində gəzdirdiyi bıçaqla Z.Hüseynlinin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri endirib. Z.Hüseynli təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və dərhal əməliyyat edilib. Hazırda həkimlər Z.Hüseynlinin vəziyyətini orta-ağır qiymətləndirirlər.

Fakt üzrə araşdırma davam etdirilir.

***

saat 10.49

Astarada bıçaqlanma olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən  məlumata görə,  Astara rayon sakini, 2005-ci il təvəllüdlü Z.Hüseynlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü E.Şabanzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3837
avatar

Oxşar yazılar