Bakıda külək güclənəcək, rayonlara leysan yağacaq - Sabahın HAVASI
31 iyul 2024 12:48 (UTC +04:00)

Bakıda külək güclənəcək, rayonlara leysan yağacaq - Sabahın HAVASI

Avqustun ilk gününün hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyulun 31-dən avqustun 1-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 21-26° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4266
avatar

Oxşar yazılar