Soyuducuda donan Xose Eduardo
12 mart 2021 19:57 (UTC +04:00)

Soyuducuda donan Xose Eduardo

Sərinləmək üçün soyuducuya girdi: donub öldü

Braziliyanın Matu-Qrosu-du-Sud ştatının Kampu-Qrandi şəhərində yeniyetmə nənəsinin yaşadığı yerdə soyuducuya girib və donaraq ölüb. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 15 yaşlı Xose Eduardo Rozanın cəsədini 20 yaşlı əmisi oğlu Karlos Mano Qoncalves Rodriqez tapıb.

Qohumlarının dediyinə görə, Rosa yalnız alt paltarını geyinərək nənəsinin eyvanındakı soyuducuya girib. Ölüm səbəbini müəyyənləşdirmək və evin qarət olunduğunu və yeniyetməyə qarşı zorakılıq hərəkətlərinin olub-olmadığını yoxlamaq üçün hadisə yerinə polislər gəlib.

Patrul işçiləri braziliyalının sərinləmək üçün soyuducuya girdiyini güman edirlər. İlkin versiyaya görə, Roza gizlədilmiş ehtiyat açarların köməyi ilə nənəsinin yaşadığı yerə girib

Rozanın ölümünün dəqiq səbəbi müəyyənləşdirilir və cinayət işi üzrə araşdırma aparılır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3843
avatar

Oxşar yazılar