Nəsirov Qismət Tahir oğlu
16 oktyabr 2021 12:24 (UTC +04:00)

Nəsirov Qismət Tahir oğlu

Sərhəddə külli miqdarda narkotik ələ keçirildi -FOTO

Sərhədçilər külli miqdarda narkotiki qanunsuz dövriyyədən çıxarıb.

Dövlət  Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, oktyabrın 11-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti əra­zisində Bəhrəmtəpə-Biləsuvar avtomagistral yolunun yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu ərazidə hərəkətdə olan ağ rəngli “Mersedes-Benz” markalı avto­mobil saxlanılıb.

Avtomobilin sərnişininin Astara rayon sakini 29 yaşlı Nəsirov Qismət Tahir oğlu olması müəyyənləşdirilib. Ona məxsus bağla­maya baxış zamanı içərisində ümumi çəkisi 5 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb. 

Oktyabrın 13-də “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Məsçidməhəllə kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib. Baxış zamanı içərisində ümumi çəkisi 550 qram “tiryək” narkotik vasitəsinə bənzər maddə və 100 ədəd Tamol-x 225 psixotrop tərkibli dərman preparatları aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 2061
avatar

Mehman Nəbiyev

Oxşar yazılar