Saxta sənədlə işləyən azərbaycanlı polis  saxlanıldı - FOTO
08 iyun 2023 15:19 (UTC +04:00)

Saxta sənədlə işləyən azərbaycanlı polis saxlanıldı - FOTO

Moskvada Azərbaycan vətəndaşı saxlanılıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, o, saxta Rusiya pasportu alaraq, bir neçə il polis işləməkdə şübhəli bilinir.

Məlumata görə, 35 yaşlı kişi Gəncə şəhərindən Moskvaya köçüb. 2007-ci ildə o, Rusiya pasportu alıb və Solntsevo ərazisində yaşamaq üçün müraciət edib. Bundan əlavə, 2014-cü ildə kişi Vnukovo hava limanında yerləşən polis bölməsində işə düzəlib. Ona baş serjant rütbəsi verilib və 2022-ci ilin oktyabrında əməliyyatçı vəzifəsini tutub.

Həmin şəxsə qarşı “Sənəd saxtakarlığı” maddəsi ilə cinayət işi açılıb. Yaxın vaxtlarda məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçəcək.

Hazırda azərbaycanlının işlədiyi polis idarəsində yoxlama aparılır.

# 4137
avatar

Mehman Nəbiyev

Oxşar yazılar