Sarayda iki maşın toqquşdu,  3 ÖLÜ -YENİLƏNİB -FOTO
27 mart 2023 21:57 (UTC +04:00)

Sarayda iki maşın toqquşdu, 3 ÖLÜ-YENİLƏNİB-FOTO

Saray qəsəbəsində baş verən qəzada ölənlərin sayı artıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə zamanı 2018-ci ildə anadan olmuş Hüseynli Zəminə, 2007-ci ildə anadan olmuş Allahverdiyeva Məryəm və 1974-cü ildə anadan olmuş Afət adlı şəxs dünyasını dəyişib. 

Qəza nəticəsində 2019-cu ildə anadan olmuş Hüseynli Mehdi, 2016-cı ildə anadan olmuş Hüseynli Hüseyn, 1984-cü ildə anadan olmuş Hüseynova Nərminə, və 1989-cu ildə anadan olmuş hüseynli Nurəngiz xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə dünyasını dəyişən Məryəm Rusiyada təhsil alırmış. O, Azərbaycana sənəd düzəltmək üçün gəlib. 
 

***

19.48

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Saray qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Lent.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili və “İveco” markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

# 2226
avatar

Oxşar yazılar

Bakıda “Toyota” yük maşınına çırpıldı, ölən var

Bakıda “Toyota” yük maşınına çırpıldı, ölən var

29 may 2023 , 20:55
Cibində 7 qumbara  ilə gəzirdi, tutuldu

Cibində 7 qumbara ilə gəzirdi, tutuldu

29 may 2023 , 20:00
Ödəmə terminalından külli miqdarda pul oğurlandı

Ödəmə terminalından külli miqdarda pul oğurlandı

29 may 2023 , 18:43
Meşədə narkotik əkib-becərən tutuldu - FOTO

Meşədə narkotik əkib-becərən tutuldu - FOTO

29 may 2023 , 18:18
Bakıda oğurluq edən tutuldu

Bakıda oğurluq edən tutuldu

29 may 2023 , 16:48
Sabirabad və Saatlıda silsilə oğurluqlar edən tutuldu

Sabirabad və Saatlıda silsilə oğurluqlar edən tutuldu

29 may 2023 , 15:07
Hasarın arxasına düşdü, 40 timsahın qurbanı oldu  - FOTO

Hasarın arxasına düşdü, 40 timsahın qurbanı oldu - FOTO

29 may 2023 , 14:29
Psixoloqu silahla hədələyib zorladı

Psixoloqu silahla hədələyib zorladı

29 may 2023 , 14:12