“Salamnews” və “İnterAz”la bağlı ŞOK FAKTLAR
31 yanvar 2023 15:19 (UTC +04:00)

“Salamnews” və “İnterAz”la bağlı ŞOK FAKTLAR

Bu gün DİN-in əməliyyat keçirdiyi “Salamnews” və “İnterAz”la bağlı şok faktlar məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, “İnterAz” telekanalı 2002-ci ildə yaradılıb və 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb. Əvvəllər baş ofisi Moskvada yerləşən kanalın təsisçisi tanınmış jurnalist Saleh Xudiyev olub. 2016-cı ildə telekanalı İranın Qum şəhərində və Suriyada dini təhsil almış “Hacı Mətləb” kimi tanınan  Mətləb Bağırov alıb.

Hazırda kanalın baş ofisini Türkiyəyə keçirilib və “Türksat” peyki üzərindən yayımı təşkil olunub. Telekanalda İranın rəsmi şəxslərinin açıqlamaları, bu ölkənin maraqlarına xidmət edən məlumatlar çoxluq təşkil edir. Əvvəlki dövrdə telekanalda hazırda “Nardaran hadisələri”nə görə həbsdə olan Hacı Taleh Bağırzadə, Hacı Zülfüqar Mikayılzadə və İranla yaxınlığı ilə seçilən digər dindarlar geniş reklam olunub.

Kanalın sahibi Mətləb Bağırov əslən Cəlilabad rayonundandır. Onun hətta  İran, Rusiya və Azərbaycanda biznes obyektlərinin olduğu bildirilir.

“SalamNews” İnformasiya Agentliyi fəaliyyətə 2010-cu ilin mart ayının 1-dən başlayıb. İnformasiya Agentliyinin təsisçisi “İnterAz” TV-nin sahibi Hacı Mətləb Bağırovdur. Agentliyin Bakı ofisi “İnterAz” TV-nin Bakı nümayəndələyi ilə eyni ünvanda, Yasamal rayonu ərazisində  yerləşir.

“SalamNews” İA-nın 2017-ci ildə farsdilli versiyası hazırlansa da, sonradan bu layihə qeyri-müəyyən səbəblərdən təxirə salınıb. Hazırda sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir.

“SalamNews” İA əvvəlki dövrdə geniş İranyönümlü dini təbliğat aparsa da, hazırda İranın rəsmi şəxslərinin, dindarlarının müxtəlif açıqlamalarını yayımlayır, dini maarifləndirmə xarakterli materiallar verir.

Qeyd edək ki, DİN tərəfindən əməliyyat keçirilən yerlər arasında "SalamNews" İnformasiya Agentliyi və “İnteraz”da var. 

Əməliyyat nəticəsində 7 nəfər saxlanılıb.

# 8064
avatar

Oxşar yazılar

NAXÇIVANDA DƏHŞƏT:   Ocaq qalamaq istədi, yandı

NAXÇIVANDA DƏHŞƏT: Ocaq qalamaq istədi, yandı

1 may 2024 , 23:10
“Gənclik”də sərnişin qatar yoluna düşüb

“Gənclik”də sərnişin qatar yoluna düşüb

1 may 2024 , 22:46
Göyçayda gənc qız özünü asdı

Göyçayda gənc qız özünü asdı

1 may 2024 , 20:46
Polis iş yerində özünü öldürdü

Polis iş yerində özünü öldürdü

1 may 2024 , 19:37
Azyaşlı  binadan yıxılıb   öldü

Azyaşlı binadan yıxılıb öldü

1 may 2024 , 18:45
Azərbaycanda vəzifəli şəxslər CİNAYƏT BAŞINDA YAXALANDILAR  -VİDEO

Azərbaycanda vəzifəli şəxslər CİNAYƏT BAŞINDA YAXALANDILAR -VİDEO

1 may 2024 , 16:50
Azərbaycandan çıxışına qadağa qoyulan  495 nəfərin ölkəni tərk edə bilmədi

Azərbaycandan çıxışına qadağa qoyulan 495 nəfərin ölkəni tərk edə bilmədi

1 may 2024 , 16:03
Vilayət Eyvazovdan YENİ TƏYİNAT

Vilayət Eyvazovdan YENİ TƏYİNAT

1 may 2024 , 15:52