Şabranda traktor "06" ilə TOQQUŞDU:  bir ölü, 4 yaralı var
18 mart 2025 21:18 (UTC +04:00)

Şabranda traktor "06" ilə TOQQUŞDU: bir ölü, 4 yaralı var

Gəndob-Yalama avtomobil yolunun Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, "Belarus" markalı traktor yola çıxarkən magistralda hərəkətdə olan "Vaz-2106" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə avtomobildə olan sərnişin Gülmirə Aslanova  hadisə yerində ölüb. 

Nəqliyyat vasitəsində olan digər sərnişinlər Şabran rayon sakinləri Nərminə Cəfərova, Nuray  Əliyeva, Mərt Aslanov və Zeynəb Aslanova xəsarət alıblar.

Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar