Şabranda ev yandı, zəhərlənən var
13 oktyabr 2021 11:23 (UTC +04:00)

Şabranda ev yandı, zəhərlənən var

Şabranda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Şabran rayonunda ümumi sahəsi 180 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin bir otağının, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfəri yanğınsöndürənlər yanıq xəsarəti və tüstüdən zəhərlənmə diaqnozu ilə xilas edərək aidiyyəti üzrə təhvil verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin keçirdiyi operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1272
avatar

Mehman Nəbiyev

Oxşar yazılar