Xəbər verdiyimiz kimi, gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, "Azsamand" markalı minik avtomobili qarşı hərəkət zolağına çıxaraq iri yük avtomobili ilə toqquşub.
Qəza zamanı sürücü və sərnişini hadisə yerində ölüblər. Ölən sürücünün 2002-ci il təvəllüdlü paytaxt sakini Akif Zeynalzadə olduğu müəyyənləşib. Həlak olan qadın sərnişinin isə, şəxsiyyətini hələ ki, müəyyənləşdirmək mümkün olmayıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
***
11:44
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, "Renault" markalı minik avtomobili və TIR-ın toqquşması nəticəsində 2 nəfər hadisə yerində ölüb.
Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.
Faktla bağlı araşdırma aparılır.