Sabiq prokurorluq işçisini maşın vurub öldürdü
19 aprel 2021 16:08 (UTC +04:00)

Sabiq prokurorluq işçisini maşın vurub öldürdü

Binəqədi rayonunun Atatürk prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini İ.Hüseynov vurulub.

Bu barədə Lent.az Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, hadisə aprelin 17-də saat 18 radələrində baş verib. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əhmədov müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, Lent.az-ın əldə etdiyi məlumata görə, ölən piyada, İltifat Hüseynov sabiq prokurorluq işçisidir. Bakı şəhər prokurorluğunda çalışan İ.Hüseynov bir il əvvəl təqaüdə çıxıb. Oruc tuturmuş, orucunu açmaq üçün mağazadan çörək alıb çıxarkən maşın onu vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4057

Oxşar yazılar

Abşeronda biznesmen özünü asdı

Abşeronda biznesmen özünü asdı

12 aprel 2025 , 19:20
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

12 aprel 2025 , 17:41
Elşad Abdullayev prokurorluğa ÇAĞIRILDI

Elşad Abdullayev prokurorluğa ÇAĞIRILDI

12 aprel 2025 , 17:35
Bakıda narkotik çəkən taksi sürücüsü həbs olundu

Bakıda narkotik çəkən taksi sürücüsü həbs olundu

12 aprel 2025 , 16:41
Şamaxıda zəlzələ   oldu

Şamaxıda zəlzələ oldu

12 aprel 2025 , 16:04
Sərxoş olub maşının yerini unutdu,  polisə yalan DANIŞDI - Bakıda ŞOK OLAY

Sərxoş olub maşının yerini unutdu, polisə yalan DANIŞDI - Bakıda ŞOK OLAY

12 aprel 2025 , 15:43
Rayonda hamı onu axtarır

Rayonda hamı onu axtarır

12 aprel 2025 , 15:39
Aeroport yolunda QƏZA

Aeroport yolunda QƏZA

12 aprel 2025 , 15:04