Rüşvətlə sürücülük vəsiqəsi  verən yol polisinə cinayət işi açıldı
24 aprel 2024 19:49 (UTC +04:00)

Rüşvətlə sürücülük vəsiqəsi verən yol polisinə cinayət işi açıldı

Rusiya keçmiş yol polisi müfəttişi və sürücülük məktəbinin direktoruna qarşı cinayət işi açılıb.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, istintaq müəyyən edib ki, ötən ilin sentyabrında Qorodişçe şəhərində sürücülük məktəblərindən birinin direktoru yol polisi müfəttişinə rüşvət verib. Ondan bir şəxsə imtahan vermədən sürücülük vəsiqəsi verməsini istəyib. Yol polisi bununla razılaşıb və vəd olunan rüşvəti alıb.

Keçmiş polisə müəyyən hərəkətlərə qadağa qoyulması şəklində həbs qətimkan tədbiri seçilib. Sürücülük məktəbinin direktoru üçün isə ev dustaqlığı qərarı verilib.

# 2877
avatar

Oxşar yazılar