Rusiyada prokuror rüşvətxorluq ittihamı ilə Daxili İşlər Nazirliyinin Krasnoyarsk diyarı üzrə keçmiş rəis müavini Mixail Privalixin üçün maksimum rejimli koloniyada 18 il cəza istəyib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, Privalixin dəfn xidmətləri göstərən şirkətin rəhbərindən təxminən 9 milyon rubl məbləğində rüşvət almaqda ittiham olunur. Qarşılığında isə Privalixin şirkətə himayədarlıq edib.
Keçmiş polis pulun alınması faktını inkar etmir, lakin pulun ona niyə verildiyini anlamadığını deyir:
“Mən onu götürdüm, amma özüm də səbəbini başa düşmədim. Onu mənə məcbur verdi”.
Bundan əlavə, Privalixin sonradan günahsız olduğu üzə çıxan narkotik şübhəlisindən mütəmadi olaraq pul tələb etməkdə şübhəli bilinir.
Növbəti məhkəmə iclası iyunun 10-na təyin edilib.