Rüşvət alan prokurorlara cinayət işi AÇILDI
13 iyun 2024 11:06 (UTC +04:00)

Rüşvət alan prokurorlara cinayət işi AÇILDI

Rusiyanın Moskva vilayəti üzrə Balaşixa şəhər məhkəməsində vilayət İstintaq Komitəsinin iki müstəntiqinə qarşı cinayət işi başlanıb. Onlar rüşvət almaqda ittiham olunurlar.

Lent.az yerli mediaya istinadla bildirir ki, rüşvətin məbləği 2,7 mindən çox bitkoindir. Bu da hazırda Rusiyada cinayət işləri tarixində rekord məbləğdir.

Məlumata görə, söhbət bir milyon yarımdan çox dollar və 2718 bitkoindən gedir ki, bu da rubl ekvivalentində 7,3 milyard rubl (təxminən 139 milyon 430 min manat) təşkil edir. İttiham olunan Marat Tambiyev və Kristina Lyaxovenko onları rüşvət qismində alıblar.

Müstəntiqlərin sözlərinə görə, müttəhimlər uzun müddətdir ki, “Infraud Organization” haker qrupunun üzvlərindən pul tələb ediblər. Bu qrup əcnəbilərin oğurlanmış bank məlumatlarının ticarəti ilə məşğul olub ki, bu da işi daha mürəkkəb və geniş miqyaslı edir. Bu iş üzrə ilk məhkəmə iclası iyun ayına təyin edilib və ictimaiyyətə qapalı keçiriləcək.

Qeyd edək ki, İstintaq Komitəsinin paytaxtın baş qərargahının Tverskoy rayonu üzrə istintaq şöbəsinə rəhbərlik edən mayor Tambiyev 2022-ci ilin martında həbs edilib. Kristina Lyaxovenko isə bir az sonra həbs olunub.

İclasın tarixi və vaxtı ilə bağlı məlumat açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2619
avatar

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45