Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsinin İvanovo vilayətində qəzaya uğraması nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Lent.az bildirir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, təyyarə qəzasında sağ qalan yoxdur. Hazırda xilasedici helikopter qəza yerində araşdırma aparır.
***
15:01
Böyük ehtimalla İl-76 hərbi nəqliyyat təyyarəsinin göyərtəsində olan 15 nəfərin hamısı həlak olub.
Lent.az bildirir ki, SHOT bu barədə fövqəladə hallar xidmətindəki mənbələrə istinadən xəbər verir. Artıq beş nəfərin cəsədi qəza yerində tapılıb.
***
14:48
Rusiyanın İvanovo vilayətində İl-76 təyyarəsi eniş zamanı qəzaya uğrayıb.
Lent.az-ın Rusiya KİV-nə istinadla məlumatına görə, təyyarənin göyərtəsində olan 12 nəfərin hamısı həlak olub.
İl-76 hərbi-nəqliyyat təyyarəsinin texniki nasazlıq səbəbindən İvanovo yaxınlığında qəzaya uğradığı bildirilir.
Rusiya Müdafiə Nazirliyi isə İvanovo vilayətində qəzaya uğrayan İl-76 təyyarəsinin göyərtəsində səkkiz ekipaj üzvü və yeddi sərnişinin olduğunu bildirib.