Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu
03 noyabr 2024 23:36 (UTC +04:00)

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu

Rusiya-Ukrayna müharibəsində Lənkərandan olan həmyerlimiz ölüb.

Lent.az xəbər verir ki, əslən Lənkəran rayon Separadi kəndindən olan Rusiya vətəndaşı 52 yaşlı Zöhrab Əbülhəsən oğlu Əzimov Rusiya-Ukrayna müharibəsində öldürülüb. 

Əldə etdiyimiz məlumata görə, Z.Əzimov bir neçə ay bundan əvvəl döyüşlərə qatılıb və bir çox şəhərlərdə döyüşüb.

O, Rusiya-Ukrayna sərhədində, Belqorod şəhəri istiqamətində gedən döyüşlərdə aldığı güllə yarasından ölüb.

Qeyd edək ki, Z.Əzimov ailəli və qız atası olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2520
avatar

Oxşar yazılar