Rayonda yas mərasimi keçirilməsinə imkan verilmədi
19 mart 2021 11:39 (UTC +04:00)

Rayonda yas mərasimi keçirilməsinə imkan verilmədi

Qubada karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələniblər.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polsi Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman Mirzəməmmədkənd kəndində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi keçirildiyini müəyyən ediblər.

Mərasim dərhal dayandırılıb. Ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozduqları mərasimi təşkil edən ev sahibi və mərasimdə iştirak edən 13 nəfər şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə olunublar

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2007
avatar

Mehman Nəbiyev

Oxşar yazılar