Rayonda həyətdə toy edən 2 nəfər cərimələndi
16 iyul 2021 10:35 (UTC +04:00)

Rayonda həyətdə toy edən 2 nəfər cərimələndi

Tərtərdə karantin qaydalarına riayət edilməyən toy məclisləri aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, yoxlamalar zamanı Tərtər rayonun Sarov və Köçərli kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində müəyyən edilmiş saydan artıq şəxsin toplaşdığı aşkar edilib.  

Aşkarlanan qayda pozuntuları ilə əlaqədar 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1968
avatar

Mehman Nəbiyev

Oxşar yazılar