Rayon sakini narkotik və odlu silahla tutuldu
10 may 2021 11:00 (UTC +04:00)

Rayon sakini narkotik və odlu silahla tutuldu

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İlham Ələkbərov saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, İ.Ələkbərovun üzərində şəxsi axtarış aparılan zaman ondan kağız bükümdə narkotik maddə olan tiryək və bir ədəd lüləsi və qundağı kəsilmiş odlu silah aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1485
avatar

Oxşar yazılar