Qumbara və silahlar aşkarlandı
17 mart 2024 10:54 (UTC +04:00)

Qumbara və silahlar aşkarlandı

Qobustanda qumbara və odlu silahlar aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə 3 ədəd qumbara, 1 ədəd tapança, 40 ədəd avtomat patronu, eləcə də 7 ədəd müxtəlif markalı ov tüfəngi aşkar olunub.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktik tədbirlər nəticəsində isə rayon sakini müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

# 2298
avatar

Oxşar yazılar